Finss.az xəbər verir ki, Fitch Ratings 2025-ci il üzrə qlobal ÜDM artımı proqnozunu iyul ayındakı 2,2%-dən 2,4%-ə yüksəldib. Beynəlxalq reytinq agentliyi bu qərarı ikinci rübdə gözləniləndən daha güclü iqtisadi göstəricilər ilə əsaslandırır. Lakin agentlik 2024-cü ildəki 2,9%-lik artımla müqayisədə bu artımın əhəmiyyətli dərəcədə yavaşladığını da vurğulayır.
Fitch-ə görə, ABŞ iqtisadiyyatında yavaşlama artıq “sərt” statistik göstəricilərdə özünü göstərir. Bununla yanaşı, avrozonada iqtisadi artım ABŞ tarif təhlükələri səbəbindən artan xarici ticarət həcmi sayəsində gözləniləndən daha müsbət olub.
Fitch Ratings-in Sentyabr ayı üzrə Qlobal İqtisadi Görünüş (GEO) hesabatında bir sıra ölkələr üçün ÜDM artım proqnozları da yenilənib:
-
Çin: 4,2%-dən 4,7%-ə
-
Avrozonada: 0,8%-dən 1,1%-ə
-
ABŞ-da: 1,5%-dən 1,6%-ə
Bu göstəricilər qlobal iqtisadiyyatın ümumi sabitlik siqnalları verdiyini, lakin bəzi əsas regionlarda zəif bərpa tempinin hələ də davam etdiyini göstərir.